Press "Enter" to skip to content

Fars-molla rejimi Talibanın yolu ilə gedir

Mahmud Bilgin

Son yeniləmə: 16 Mart 2023 12:26

Mahmud Bilgin: Rejimin cinayətkar quruplaşmaları qızları zəhərləməklə onların gözlərini qorxutmaq istəyir

BAYRAQDAR MEDİA – “Bu gün İranın fars-molla rejimi Taliban kimi hərəkət edir. Əslində, bu şovinist rejimi “İranın Talibanı” adlandıra bilərik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

Onun sözlərinə görə, necə ki, Əfqanıstanda Taliban qızların ali təhsil almasının qarşısını alır, eləcə də eyni siyasət İranda reallaşır: “İranın fars-molla rejimi Taliban rejiminin siyasətinə oxşar siyasəti addım-addım İranda reallaşdırır. Hesab edirəm ki, son vaxtlar məktəblərdə qızların kütləvi zəhərlənməsi də bu siyasətin tərkib hissəsidir. Yəni şübhə yoxdur ki, bu zəhərlənmə olayında rejimin öz əli var. Çünki 13 min qız uşağı müxtəlif kimyəvi maddələrlə zəhərlənib və guya İran rejimi bunun gerçək günahkarlarının dəqiq kimlər olduğunu bilmir”.

M.Bilgin hesab edir ki, bu cinayəti fars-molla rejiminin bir qanadı həyata keçirir: “Rejim bu cinayətin kimlər tərəfindən törədildiyini bilir. Amma bu cinayətkarlar rejimin daxilindən olduğu üçün onların kimliyi cəmiyyətə açıqlanmır. İctimaiyyətin diqqətini yayındırmaq üçün isə bunun guya xarici güclər tərəfindən törədildiyi iddiası ortaya atılır. Halbuki hədəf də, cinayətkarlar da bəllidir. Çadraya etiraz edən qız uşaqlarıdır. Rejimin cinayətkar qruplaşmaları qızları zəhərləməklə onların gözlərini qorxutmaq istəyir. Yəni rejim bununla qadınlar, qızlar arasında qorxu yaratmaq məqsədi güdür. Digər tərəfdən, rejim bununla həm də etiraza qalxan qeyri-fars millətləri də qorxutmağı hədəfləyir. Onlara belə bir mesaj verilir ki, rejimə qarşı etirazlar davam etsə, kimyəvi silahla hücuma məruz qala bilərlər. Təbii ki, fars-molla rejiminin bu cinayəti dünya tərəfindən pislənməli, rejim buna görə cəzalandırılmalıdır”.

Mission News Theme by Compete Themes.