Press "Enter" to skip to content

145 ton dərman, 3 min cüt ayaqqabı

Yardım karvanı

Son yeniləmə: 17 Mart 2023 14:59

BAYRAQDAR MEDİA – Türkiyənin Aşqabaddakı səfirliyinin yardım kampaniyası çərçivəsində Türkmənistanın “Qızıl Aypara” xeyriyyə təşkilatı vasitəsilə Türkiyədə zəlzələdən zərərçəkənlərə 3 min cüt ayaqqabı göndərilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilb ki, Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral Twitter hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda vurğulanıb ki, bu günə qədər Türkmənistandan Türkiyəyə zəlzələ bölgəsinə 145 ton dərman, tibbi ləvazimat, geyim və ərzaq, o cümlədən 6835 adyal, 667 çarpayı, 60 qızdırıcı, 20 generator, 7 çadır və s. göndərilib.

Mission News Theme by Compete Themes.