Press "Enter" to skip to content

Bakı dünyanın trend məkanları siyahısında

Son yeniləmə: 31 Mart 2023 16:37

BAYRAQDAR MEDİA – Bakı şəhəri tanınmış səyahət platforması “Tripadvisor” tərəfindən səyahət üçün üstünlük verilən trend məkanlar siyahısında yer alıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 31-də Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Platforma tərəfindən tərtib edilmiş siyahı 2022-ci il ərzində sayt istifadəçilərinin axtarış və maraqlarına əsaslanır: “Belə ki, platformanın veb-saytındakı “Dünya üzrə trend məkanlar” bölməsində dünyanın 25 fərqli ölkəsinin şəhərləri qeyd olunub. Siyahıda Azərbaycan 8-ci yerdə qərarlaşır. İlk onluqda 2021-ci illə müqayisədə 2022-ci ildə ən çox axtarış edilən ölkələr yer alıb”.

Qeyd edilib ki, “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı hotelləri, yemək üçün uyğun yerləri tövsiyə edir: “Hər ay 463 milyon səyahətçiyə xidmət göstərən platformada ziyarətçilər məkanlarla bağlı istifadəçi şərhlərini oxuya və tövsiyələrə uyğun seçimlərini edə bilirlər. Veb-saytda 8,6 milyon yerləşmə vasitəsi, restoran, hava yolları və gəmi səyahəti haqqında 859 milyondan çox istifadəçi rəyi mövcuddur”.

Mission News Theme by Compete Themes.