Press "Enter" to skip to content

QHT-lər bəyanat qəbul edib

Tədbir zamanı

QHT Agentliyinin ofisində “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

BAYRAQDAR MEDIA – Martın 31-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, tədbir Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov tərəfindən açıq elan edilib: “Z.İbrahimov 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı hadisəsi ilə bağlı məlumat verib. Z.İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır”.

QHT nümayəndələri Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanmasının əhəmiyyətini qeyd ediblər
QHT nümayəndələri Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanmasının əhəmiyyətini qeyd ediblər

Məlumata əsasən, hər il dünyanın müxtəlif ölkələrində bu soyqırımın ildönümü günü ərəfəsində müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edən Z.İbrahimov ermənilərin 30 mart-3 aprel 1918-ci il tarixlərində onminlərlə azərbaycanlını milli mənsubiyyətinə görə qətlə yetirdiyini bildirib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri Mirəli Hüseynov, Nəsiman Yaqublu, Faiq İsmayılov, Tofiq Əlizadə, Səriyyə Cəfərova, Mətanət Əsgərqızı, Elçin Axundzadə, İlqar İlkin, Zülfiyyə Mustafayeva və Aynur Zülfüqarova ermənilərin törətdiyi soyqırım hadisəsi haqda məlumat veriblər. QHT nümayəndələri Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanmasının əhəmiyyətini qeyd ediblər.

Tədbirin sonunda bəyanat səsləndirilib.

Mission News Theme by Compete Themes.