Press "Enter" to skip to content

Qardaş ölkədə millət vəkili olmaq istəyən azərbaycanlılar

Cavid Aydın

Son yeniləmə: 5 Aprel 2023 10:58

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, mayın 14-də qardaş Türkiyədə seçkilər keçiriləcək. Həmin gün seçki məntəqələrinə gedən seçicilər təkcə ölkənin yeni cümhurbaşqanını deyil, həmçinin yeni parlament üzvlərini də seçəcəklər. Hazırda isə partiyalarda millət vəkilliyinə namizəd olmaq üçün mübarizə davam edir.

Bu mübarizəyə qardaş ölkədəki azərbaycanlılar da qoşulub.

Bu barədə BAYARQDAR MEDİA-ya MHP Eskişehir millət vəkili aday adayı Cavid Aydın məlumat verib.

Onun sözlərinə görə, bu gün müxtəlif partiyalardan, həmçinin, müstəqil şəkildə bu prosesə qoşulan azərbaycanlıların sayı 9-dur. Bunlar Adil Aşırım (AK Parti İstanbul millət vəkili aday adayı, Iğdırlı), Şamil Ayrım – (AK Parti İstanbul millet vəkili aday adayı, Iğdırlı), Dr. Asif Kurban – (AK Parti İzmir millət vəkili aday adayı), Dr. Esma Özörmenoğlu – (MHP Antalya millət vəkili aday adayı), Uzm. Ecz. Cavid Aydın – (MHP Eskişehir millət vəkili aday adayı), Settar Kaya – (İYİ Parti Kars millət vəkili aday adayı, Karslı), Zülfikar Aras (Milli Yol Partisi İzmir millət vəkili aday adayı, Iğdırlı), Derya Akdemir (Bağımsız İstanbul millət vəkili aday adayı, Iğdırlı) və Lokman Kızılörenlidir (MHP İzmir millət vəkili aday adayı, Iğdırlı). Ümid edirik ki, partiyalar ilkin mərhələdə istər Azərbaycandan olan, istərsə də yerli azərbaycanlılara dəstək verəcəklər”.

Biz də öz növbəmizdə hər bir azərbaycanlıya uğur arzulamaqla yanaşı, hesab edirik ki Azərbaycan ictimaiyyəti, hər bir fərd, o cümlədən müvafiq qurumlar bu şəxslərin namizəd kimi təsdiqlənməsi, həmçinin, sonrakı prosesdə də parlamentdə təmsil olunması üçün əlindən gələn hər bir dəstəyi verməlidir. Əlbəttə, qardaş Türkiyənin iş işlərinə qarışmamaq şərtilə.

Mission News Theme by Compete Themes.