Press "Enter" to skip to content

Prezident səfiri geri çağırdı, yeni konsul təyin etdi

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Yunanıstandakı səfiri Anar Xeybər oğlu Hüseynov vəzifəsindən geri çağırılıb.

Xəbəri aprelin 7-də Prezidentin Mətbuat xidməti yayıb.

Daha bir Sərəncamla Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycanın baş konsulu təyin edilib.

Qeyd edək ki, son illər ərzində Los-Ancelesdə baş konsul vəzifəsini peşəkar diplomat Nəsimi Ağayev yerinə yetirirdi. Lakin bir müddət öncə Prezident İlham Əliyev onu Almaniyaya səfir təyin etdi. Bununla belə Los-Ancelesdə öncəki baş konsulun gördüyü yetərincə uğurlu işləri davam etdirmək üçün oranı boş qoymaq olmazdı.

Mission News Theme by Compete Themes.