Press "Enter" to skip to content

İranda postmolla dövrünə hazırlıq

Mahmud Bilgin

Son yeniləmə: 28 Aprel 2023 08:10

Mahmud Bilgin: GAKM-nin elan edilməsi İrandakı qeyri-fars xalqların mövcud rejimə qarşı mübarizəsinin önəmli mərhələlərindən oldusa, Getoborqda İranda Yaşayan Xalqların Demokratik Birliyinin elanı bu prosesin dönməz xarakter alacağı anlamına gələcək

BAYRAQDAR MEDİA – “İranda Güney Azərbacan türklərinin başladıqları istiqlal mübarizəsi bu ölkədəki digər qeyri-fars millətləri də hərəkətə gətirib. Artıq onlar da fars-molla rejiminin faşist mahiyyətli siyasətinə etirazlarını pərakəndə deyil, vahid bir mərkəzdən bəyan etməkdə qərarlıdırlar”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

O, qeyd edib ki, bu istiqamətdə növbəti addım mayın 13-də İsveçin ikinci ən böyük şəhəri olan Göteborqda atılacaq: “Mayın 13-də Getoborqda İranda Yaşayan Xalqların Demokratik Birliyi adlı qurum təsis ediləcək. Həmin gün dünyaya bəyan ediləcək ki, belə bir təşkilat yarandı. Bu qurumun yaranması İrandakı azadlıq mübarizəsinə əlavə təkan verəcək. Əslində, mən bunu Bakı prosesinin davamı kimi də dəyərləndirə bilərəm. Yəni, aprelin 22-də Bakıda, Bütöv Azərbaycan Ocaqlarının ofisində Güney Azərbaycan Koordinasiya Mərkəzinin (GAKM) elan edilməsi İrandakı qeyri-fars xalqların istiqlal savaşında yeni mərhələnin başlanğıcı oldusa, Getoborqda İranda Yaşayan Xalqların Demokratik Birliyinin elanı prosesin dönməz xarakter alacağı anlamına gələcək”.

M.Bilginin sözlərinə görə, bu, həm də İranda postmolla dövrünə hazırlığın başlanması deməkdir: “Yəni görünən odur ki, Güney Azərbaycan türkləri başda olmaqla İrandakı türk milləti ayağa qalxdığı kimi digər millətlər-bəluclar, ərəblər və s. vahid mərkəzdən, bir yumruq kimi birləşərək, son və həlledici mübarizəyə qalxırlar. Bu isə onu deməyə əsas verir ki, molla rejiminin sonu yaxınlaşır”.

Mission News Theme by Compete Themes.