Press "Enter" to skip to content

Bu, sıradan bir məsələ deyil, mühüm mesajdır

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Bu qardaşlıq gələcəkdə də bütün dünya üçün nümunə təşkil edəcək

BAYRAQDAR MEDİA – “Biz hər zaman deyirik ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyaya nümunədir. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 29-da “TEKNOFEST” aerokosmik və texnoloji festivalındakı çıxışını, həmçinin orada cərəyan edən digər bir neçə mühüm məqamı izlədikdən sonra isə mən bu qənatə gəldim ki, bu qardaşlıq gələcəkdə də bütün dünya üçün nümunə təşkil edəcək”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, müasir dövrdə Türkiyə-Azərbaycan qardaşlığının əsasını təşkil edən Şuşa Bəyannaməsi gələcək əməkdaşlıqlarımızda da istinad nöqtəsi rolunu oynayacaq: “Cənab Prezident İlham Əliyev mərasimdəki çıxışında 44 günlük Vətən müharibəsində dəstəyə görə Türkiyəyə, Cümhurbaşqanı Recep Tayyip Erdoğana təşəkkürünü bildirdi. İlham Əliyev münasibətləri qardaşlıq səviyyəsindən müttəfiqliyə yüksəldən Şuşa Bəyannaməsini xüsusi vurğulayaraq, bildirdi ki, Azərbaycan və Türkiyə həm müdafiə sənayesi məsələlərində, həm də müdafiə qabiliyyətinin möhkəmləndirilməsində birlikdə hərəkət edəcək. Elə Azərbaycan Prezidentinin “Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır” deyə bəyan etməsi də bu fikirləri bir daha təsdiqləyir. Onu da qeyd edim ki, İlham Əliyevin Şuşa Bəyannaməsini xüsusi vurğulaması ilə bu gün bütün regional və qlobal aktorlara növbəti dəfə bu sənədin təkcə Türkiyə və Azərbaycan arasında deyil, həm də türk dünyası hüdudlarında qardaşlıq münasibətlərinin inkişafını təmin edəcəyi, eyni zamanda Cənubi Qafqazda təhlükəsizliyin təminatı olacağı mesajı verildi.  İlham Əliyev həmçinin, “Bir millət, iki dövlət, tək yumruq” deyə bəyan etdi. Hesab edirəm ki, regionda yanlış planlar quran, İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqla barışmaq istəməyən və bütün vasitələrlə onlara məhəl qoymayan qüvvələr bundan nəticə çıxarmalıdırlar”.

Dr.Y.Karauz qeyd edib ki, dövlət başçılarının festivalın keçirildiyi məkana Prezident İlham Əliyevin idarə etdiyi Türkiyə istehsalı olan “Togg” elektromobilində gəlmələri Türkiyədə və dünyada diqqət mərkəzində oldu: “Bu, sıradan bir məsələ deyil, mühüm mesajdır. Həm bu məqam, həm də Cənab İlham Əliyevin çıxışında ““Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə – bugünkü Türkiyə budur” deyə bəyan etməsi sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəhbərliyi ilə Türkiyənin əldə etdiyi uğurların bir daha diqqət mərkəzinə gətirilməsi kimi dəyərləndirilməldir”.

Mission News Theme by Compete Themes.