Press "Enter" to skip to content

Türk dünyasına Güney Azərbaycan çağırışı

Yunus Oğuz tədbirdə çıxış edərkən

Son yeniləmə: 1 May 2023 12:03

Yunus Oğuz: İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasının qarşısını almaq üçün birgə mübarizə aparmalı, eyni mövqedən çıxış etməliyik

BAYRAQDAR MEDİA – “Bu gün vahid bir mövqe nümayiş etdirən türk dünyasının qarşısında bir sıra mühüm hədəflər dayanır”.

Bunu İstanbulda keçirilən Türk Dünyası Köşə Yazarları Simpoziumundakı çıxışında “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri, yazıçı-publisist Yunus Oğuz deyib.

Onun sözlərinə görə, Azərbaycanın və türk dünyasının yaxın hədəfi Qarabağı tam sülh ərazisinə çevirməkdir: “Biz erməni silahlı qruplaşmalarının oradan çıxarılması istiqamətində davamlı addımlar atırıq. Orta hədəfimiz isə Zəngəzur dəhlizinin açılmasıdır. Yəni, Naxçıvan, Türkiyə və Orta Asiyanın birləşdirilməsidir”.

Y.Oğuz deyib ki, qarşıdakı hədəflərdən biri də Güney Azərbaycandır. O, türk dünyasını bu məsələdə də fəal olmağa çağırıb: “İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasının qarşısını almaq üçün birgə mübarizə aparmalı, eyni mövqedən çıxış etməliyik”.

Bütün bunların mərkəzində dayanan əsas hədəfin isə türk təşkilatlarının vahid halda birləşdirmək olduğu vurğulanıb. Qeyd edilib ki, iki türk lideri – Recep Tayyip Erdoğan və İlham Əliyevin qətiyyətində güc alaraq müxtəlif sahələrdə, o cümlədən mətbuat sahəsində fəaliyyət göstərən təşkilatlar türk dünyasının inteqrasiyasına öz dəstəyini verməli, eyni mövqedən çıxış etməlidir.

Mission News Theme by Compete Themes.