Press "Enter" to skip to content

Əlaqələrin genişləndirilməsində media təmsilçiləri də mühüm rol oynaya bilər

Levent Kutay

Son yeniləmə: 4 May 2023 10:05

Levent Kutay: Bu cür toplantılar səsimizi beynəlxalq aləmə çatdırmaq, beynəlxalq aləmin diqqətini KKTC-yə yönəltmək baxımından önəmlidir

BAYRAQDAR MEDİA – “Mən fürsətdən istifadə edib öncə bizim üçün dost, qardaş ölkə Azərbaycana salamlar göndərirəm. Türk dünyası içərisində Azərbaycanın Kuzey Kıbrısa diqqətini görürük. Xüsusilə İlham Əliyev-Ersin Tatar görüşünün çox tarixi bir görüş olduğunu unutmamaq lazımdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında BRT-də xəbər proqramının aparıcısı, “Kıbrıs Postası”nda gözdenkaçmadı rubrikasının yazarı Levent Kutay deyib.

O, qeyd edib ki, KKTC-nin Azərbaycan, o cümlədən bütün türk dünyası ilə əlaqələrinin genişləndirilməsi lazımdır: “Hesab edirəm ki, Türk Dünyası Köşə Yazarları Simpoziumu kimi tədbirlər də bu istiqamətdə mühüm rol oynayır. Bu cür toplantılar bizim kimi kiçik ölkələrin xarici əlaqələrinin güclənməsinə dəstək olur. Biz media təmsilçiləri bu cür toplantılarda iştirak etməklə həm digər türk dövlətlərindən olan həmkarlarımızla tanış olur, həm də bir növ ölkəmiz adına xalq diplomatiyasını həyata keçiririk. Yəni bu cür toplantılar səsimizi beynəlxalq aləmə çatdırmaq, beynəlxalq aləmin diqqətini KKTC-yə yönəltmək baxımından önəmlidir”.

L.Kutay deyib ki, bu gün Azərbaycan və KKTC arasında əlaqələrin genişləndirilməsində media təmsilçiləri də mühüm rol oynaya bilər: “Hesab edirəm ki, hər iki tərəfdən bu məqama xüsusi diqqət ayrılmalıdır. İki dost, qardaş ölkənin media təmsilçilərinin qarşılıqlı səfərləri, ortaq layihələri əlaqələrin inkişafına, daha da genişlənməsinə kömək ola bilər. Ümid edirəm ki, yaxın zamanlarda bu istiqamətdə də müvafiq addımlar atılacaq”.

Mission News Theme by Compete Themes.