Press "Enter" to skip to content

Heydər Əliyev elm və təhsilin inkişafına xüsusi önəm verib

Tədbir zamanı

Son yeniləmə: 10 May 2023 16:41

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Eskişehirdə silsilə tədbirlər keçirilir

BAYRAQDAR MEDİA – Mayın 10-da qardaş Türkiyənin Eskişehir şəhərində müasir Azərbaycan dövlətinin memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbir Eskişehir Azərbaycanlılar Dərnəyinin dəstəyilə Anadolu Universiteti Heydər Əliyev Uygulama və Araştırma Mərkəzi və Anadolu Universiteti Azərbaycan Proqramları tərəfindən keçirilib.

Prof. Dr. Burhan Sayılır çıxış edərkən
Prof. Dr. Burhan Sayılır çıxış edərkən

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Bildirilib ki, Anadolu Universitetində keçirilən tədbirdə öncə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub: “Sonra çıxış edən Anadolu Universiteti Heydər Əliyev Uygulama və Araştırma Mərkəzinin rəhbəri Prof. Dr Burhan Sayılır Heydər Əliyevin türk dünyası üçün əvəzolunmaz xidmətlər göstərdiyini deyib. Çıxışında rəhbərlik etdiyi Mərkəz haqqında da geniş məlumat verən Prof. Dr. Burhan Sayılır maraqlı bir məqama da toxunub. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar xatirə kitabı dərc edəcəklərini də vurğulayıb”.

Cavid Aydın çıxış edərkən
Cavid Aydın çıxış edərkən

Məlumata əsasən, sonra çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın müasir Azərbaycan dövlətinin və diaspor quruculuğunun banisi Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb: “Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüb, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürüb. C.Aydın həmçinin, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq bağlarının daha da güclənməsində Ulu Öndərin mühüm rolundan bəhs edib. C.Aydın sonda Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun tədbir iştirkaçılarına ünvanladığı məktubu səsləndirib”.

Prof. Dr. Fuat Erdal çıxış edərkən
Prof. Dr. Fuat Erdal çıxış edərkən

Məlumatda o da bildirilib ki, Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdalın geniş nitqi ilə davam edib: “Rektor çıxışında tarixin müxtəlif mərhələlərində Heydər Əliyevin göstərdiyi fəaliyyətlərdən bəhs edib. Prof. Dr. Fuat Erdal xüsusilə qeyd edib ki, Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycanda bütün sahələrin, o cümlədən elm və təhsilin inkişafına önəm verib. Rektor çıxışında, həmçinin, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına da diqqət çəkib”.

Prof. Dr. Burhan Sayılır (sağda), Prof. Dr. Gokhan Güneysu, Prof. Dr. Azer Hatemoglu Hatemovun (sağda) iştirakı ilə panel iclası
Prof. Dr. Burhan Sayılır (sağda), Prof. Dr. Gokhan Güneysu, Prof. Dr. Azer Hatemoglu Hatemovun (sağda) iştirakı ilə panel iclası

Məlumatda deyilir ki, tədbir panel işlası ilə davam edib: “Panel iclasında Prof. Dr. Burhan Sayılır (“Heydər Əliyevin həyatı və düşüncə tərzi” mövzusunda), Prof. Dr. Gokhan Güneysu (“Heydər Əliyev və Qarabağ məsələsi” mövzusunda), Prof. Dr. Azer Hatemoglu Hatemov (“Heydər Əliyevin Türkiyə ilə Azərbaycanın təhsil sahəsindəki əlaqələrinə baxışı” mövzusunda) çıxış edib. Çıxışlarda Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Türkiyə-Azərbaycan münasibətlərinə verdiyi töhfələrdən, vətən və millət naminə göstərdiyi fədakarlıqlardan, xilaskarlıq missiyasından, Azərbaycan millətini rifah, inkişaf və əmin əmanlıq yoluna çıxaran misilsiz xidmətlərindən danışılıb”.

Daha sonra tədbirdə opera sənətçisi, Eskişehir Azərbaycanlılar Dərnəyinin Qadın Qollarının sədri Fidan Hüseynovanın ifasıyla bədii proqram təqdim edilib. F.Hüseynova xüsusilə Heydər Əliyevin sevdiyi  “Küçələrə su səpmişəm” və “Alagöz” mahnılarını ifa edib.

Fidan Hüseynova xüsusilə Heydər Əliyevin sevdiyi eserlerdən olan "Küçələrə su səpmişəm" və "Alagöz" mahnılarını ifa edib
Fidan Hüseynova xüsusilə Heydər Əliyevin sevdiyi “Küçələrə su səpmişəm” və “Alagöz” mahnılarını ifa edib

Qeyd edək ki mayın 10-da Ulu öndər Heydər Əliyevlə bağlı daha bir tədbir keçiriləcək: “Axşam saat 20:00-da Eskişehir Azərbaycanlılar Dərnəyinin ənənəvi “Çərşənbə söhbətləri”ndə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Müstəqilliyin davamçısı” adlı konfrans olacaq”.

Mission News Theme by Compete Themes.