Press "Enter" to skip to content

Azərbaycan Milli İncəsənət Muzeyində “Açıq qapı günləri”

Son yeniləmə: 11 May 2023 17:26

BAYRAQDAR MEDİA – Mayın 13-21-i tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyində “Açıq qapı günləri” elan edilir. “Açıq qapı günləri” Mədəniyyət Nazirliyinin və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində “Huawei Technologies Azerbaijan” MMC şirkətinin dəstəyi ilə keçirilir.

Bu haqda AMİM-nin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “Huavei Azərbaycanda biznes fəaliyyətinə 2004-cü ildən başlayıb. İKT infrastrukturu və smart cihazların aparıcı qlobal təchizatçısı kimi Huavei Azərbaycanın uzunmüddətli davamlı inkişafına gətirib çıxaracaq İKT sektorunun inkişafına yardım etmək öhdəliyi götürüb. “Azərbaycanda, Azərbaycan üçün” şüarı ilə Huavei qlobal Korporativ və Sosial Məsuliyyət (KSM) fəaliyyətlərinə üstünlük verir”.

Mission News Theme by Compete Themes.