Press "Enter" to skip to content

İki qardaş ölkəinin birgə hərbi təlimi

Təlimdən xatirə fotosu

BAYARQDAR MEDİA – Özbəkistan və Qazaxıstan silahlı qüvvələri regionda birgə hərbi təlimlər keçirib.

Bu məlumatı Özbəkistan Müdafiə Nazirliyinə istinadən Kırım Haber Ajansı yayıb.

Məlumatda deyilir: “Özbıkistan Müdafiə Nazirliyi mayın 19-da yaydığı açıqlamada Özbəkistanın Daşkənd şəhəri yaxınlığındakı Anqren poliqonunda Özbəkistan və Qazaxıstan silahlı qüvvələrinin təşkil etdiyi “Kalkan-2023” birgə hərbi təliminin keçirildiyini bildirib. Nazirlik həmçinin bildirib ki, ötən həftə başlayan birgə təlim çərçivəsində iki ölkənin silahlı qüvvələri ölkə ərazisinə qeyri-qanuni soxulmuş silahlı dəstələrin zərərsizləşdirilməsi üçün qurudan və havadan əməliyyatlar həyata keçirib. Silahlı dəstələrin aşkarlanması və zərərsizləşdirilməsi üçün keçirilən birgə təlimdə iki ölkədən 100-dən çox əsgər iştirak edib. Təlim çərçivəsində zirehli texnika və hərbi texnika ilə yanaşı, pilotsuz uçuş aparatları və hərbi helikopterlərdən də istifadə edilib”.

Məlumatda bildirilib ki, Daşkənddə keçirilən təlim üçün Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Özbəkistana səfər edib: “Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikovu Özbəkistanın müdafiə naziri Bahodir Kurbanov qarşılayıb. Bundan əlavə, birgə təlimi Özbəkistanın müdafiə naziri Bahadır Qurbanov və Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikovun birgə izləyiblər”.

O da vurğulanıb ki, hər il iki qardaş ölkənin silahlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlim keçirilir.

Mission News Theme by Compete Themes.