Press "Enter" to skip to content

Bu dəfə də maraqlı müzakirələr oldu

Eskişehir Azərbaycanlılar Dərnəyinin toplantısı

Cavid Aydın: Yeni dönəmdə təqaüd verdiyimiz tələbələrin sayını artırmağı planlaşdırırıq

BAYRAQDAR MEDİA – “Hər il olduğu kimi bu il də yay tətili başlamamış müzakirə üçün bir araya gəldik. Dərnəyimizin bu müddət ərzində gördüyü işlərə nəzər saldıq, təklif və fikirləri dinlədik”.

Bunu BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

O, qeyd edib ki, bu cür toplantıları ənənəvi olaraq hər il keçirirlər: “Bu dəfə də adəti üzrə əsasən dərnəyin işində, keçiridyi tədbirlərdə yaxından iştirak edən, xüsusi fəallığı və təhsildə bacarığı ilə seçilən gənclərlə bağlı müzakirələr apardıq. Həm qadın, həm də gənclik qollarının təmsilçilərinin fikirlərini, təklif və şikayətlərini dinlədik. Eyni zamanda yeni dövr üçün təklif olunan fəaliyyət proqramlarını dəyərləndirdik”.

C.Aydının sözlərinə görə, dərnək Eskişehirdəki azərbaycanlı ailələrdə böyüyən uşaqlar üçün Azərbaycan dili dərsləri təşkil etmək niyyətindədir: “Həmçinin, digər bu kimi təkilflər var ki, onlar dəyərləndirilib, müvafiq qərarlar qəbul ediləcək”.

Vurğulanıb ki, toplantının sonunda il ərzində fəal olaraq, hədiyyə qazanmaq hüququ əldə edən tələbələrin adı elan olunub: “Ümumilikdə 7 tələbə qalib olub ki, onlar üçün də müxtəlif dəyərli hədiyyələr nəzərdə tutulub. Yəni bu hədiyyələr iyunun 15-də onlara təqidm oluncaq. Onu da bildirim ki, bu il öncə 27 tələbəyə təqaüd verirdik. Lakin onlardan 12 nəfəri ikinci semestr Azərbaycanda olduqları üçün təqaüdlərini kəsdik. Gələn il isə təqaüdçülərimizin sayını artırmağı planlaşdırırıq”.

Mission News Theme by Compete Themes.