Press "Enter" to skip to content

Ekspert qalxanabənzər vəzi haqqında məlumat verib

Azad Əkbərzadə

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə: Demək olar ki, orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslər qalxanabənzər vəzinin nəzarətindədir

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qalxanabənzər vəzi, onun xəstəlikləri, bu xəstəliklərə uşaqlarda rast gəlinməsi və s. haqqında məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 6-da sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, ”ekspert bildirib ki, qalxanabənzər vəzi insan orqanizmində çox əhəmiyyətli hormon ifraz edən vəzilərdən biridir və elmi ədəbiyyatlarda bu vəziyə tireoid vəzi də deyilir. O, orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslərin (maddələr mübadiləsinin sürətindən tutmuş sinir sisteminin inkişafına qədər bir çox proses) bu vəzinin nəzarətində olduğunu, onun ifraz etdiyi hormonlarla tənzimləndiyini deyib”.

Bu vəzinin xəstəliklərinə uşaqlarda da rast gəlindiyini deyən ekspert onun müalicələrinin böyüklərdəki kimi aparıldığını bildirib. A.Ələkbərzadə həmçinin vurğulayıb ki, yenidoğulan körpələrdə həkim bu xəstəliyi vaxtında müəyyən etməzsə, o zaman uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər.

Xəstəliyin necə aşkar edilməsi haqqında danışan endokrinoloq qalxanabənzər vəzinin çatışmazlığı ilə gedən vəziyyətlərdə inkişaf geriliyi, böyümə sürətinin azalması, yorğunluq, halsızlıq, uşaqlarda nevroloji inkişaf gerilikləri, kobud səs, qəbizlik, göbək yırtığı, quru dəri, zəif və cansız saç, saç tökülməsi və s. əlamətlərin müşahidə olunduğunu qeyd edib. Eləcə də o, bildirib ki, əksinə, vəzinin sürətli işlədiyi hallarda isə (hipertireoz, zəhərli zob) ürək döyünməsinin artması, narahatlıq, əsəbilik, əllərdə titrəmə, nəm və isti parlaq dəri, iştahın artmasına baxmayaraq çəki itirmə, ishal, bağırsaqda sorulma problemləri və s. kimi əlamətlərə rast gəlinir.

A.Ələkbərzadə qalxanabənzər vəzinin normal vəziyyətini saxlamaq üçün tövsiyələr verib. Qeyd edib ki, bu zaman dəniz və tərkibində yod olan bütün məhsulları, həmçinin adi duzu yodlaşdırılmış duzla əvəz etmək, yodun daha yaxşı mənimsənilməsi üçün selenium tərkibli qidaları və ya selenium əlavələrini rasiona daxil etmək lazımdır.

Mission News Theme by Compete Themes.