Son yeniləmə: 7 İyun 2023
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi İbrahim Kalın Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri təyin edilib.
Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının bununla bağlı sosial media hesabında edilən paylaşımda, “Cümhurbaşqanımız sayın Recep Tayyip Erdoğan İbrahim Kalını Milli İstihbarat Təşkilatının rəhbəri təyin etdi” deyə qeyd edilib.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Milli İstihbarat Teşkilatı Başkanlığı’na Sayın İbrahim Kalın’ı atamıştır.
— T.C. İletişim Başkanlığı (@iletisim) June 5, 2023
Xatırladaq ki, MİT-in keçmiş başqanı Hakan Fidan xarici işlər naziri təyin edilib.
İbrahim Kalın təyinatı ilə bağlı açıqlamadan sonra sosial media hesabında paylaşım edib. O, paylaşımda “Gözəl ölkəm üçün durmaq yox, yola davam” deyə qeyd edib.
Güzel ülkem için durmak yok, yola devam… pic.twitter.com/rG16x7g10O
— İbrahim Kalın (@ikalin1) June 5, 2023





