BAYRAQDAR MEDİA– 2022-2023-cü tədris ilinin başa çatması ilə əlaqədar Türkiyə Maarif Vəqfinin Quzey Makedoniyada Kalkandelen Maarif Məktəblərində buraxılış mərasimi keçirilib. 2022-2023-cü tədris ilinin 13-cü sinif şagirdləri mərasimlə məzun olublar.
Bu məlumatı Yeni Balkan yayıb.
Bildirilib ki, proqram protokol üzvləri, şagirdlərin valideynləri və ailələri, məktəb rəhbərliyi və müəllimlərin iştirakı ilə həyata keçirilib. Geniş iştirakla keçirilən mərasimdə liseydə ən yüksək dərəcəyə malik Gjulsime Kasamiyə sertifikatı Türkiyə Maarif Vəqfinin Kalendelen Beynəlxalq Maarif Məktəbinin direktoru Hikmət Parlar verib.
Mərasim proqramın ən həyəcanlı anı olan kepkanın atılması ilə başa çatıb.





