Press "Enter" to skip to content

Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Heydər Əliyev və azərbaycançılıq

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda esse yazı müsabiqəsinin qalibləri məlum olub.

Bu haqda sözügedən İnstitutun yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi ilə müəyyən olunub. Beləliklə, müsabiqədə I yerə – Həmidə Canbulad qızı Həsənova, II yerə – Dəniz Elnur oğlu Ağabalayev, III yerə – Fikrət Murad oğlu Əhmədov layiq görülüblər. Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib”.

Qeyd edək ki, “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda esse yazı müsabiqəsi H.Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin “Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

Mission News Theme by Compete Themes.