Press "Enter" to skip to content

Denizlidə də Azərbaycan sevgisi var

Turhan Veli Akyol Nadir Azəriyə müsahibə verərkən

Son yeniləmə: 25 İyun 2023 13:49

Turhan Veli Akyol: Azərbaycanlı turistlər mütləq Denizliyə səfər etməlidirlər

BAYRAQDAR MEDİA – “Türkiyənin hər yerində olduğu kimi Denizlidə də Azərbaycan sevgisi var”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Denizli İl kültür və turizm müdiri Turhan Veli Akyol dedi.

CASCFEN sədri Denizli İl kültür və turizm müdiri ilə görüşüb

Onun sözlərinə görə, Denizliyə səfər edən azərbaycanlıların diqqətini cəlb edən ilk yerlərdən biri şəhərin mərkəzində yerləşən, böyüklüyü və əsrarəngiz gözəlliyi ilə fərqlənən Azərbaycan Qarabağ Parkıdır.

Qeyd edildi ki, Denizlinin mərkəzi bölgəsində yerləşən park böyük bir ərazini (12,3 hektar) əhatə edir. Park şəhərin ana arteriyalarından biri olan 50 m genişliyindəki Ali Marım bulvarının hər iki tərəfini əhatə edir: “Denizli Böyükşəhər Bələdiyyəsinin 19.04.2016-cı il tarixli 555 saylı qərarı ilə əraziyə “Azərbaycan Qarabağ Parkı” adı verilib. Ərazisinin 70 faizini yaşıllıq təşkil edən, insanların dincəlməsi üçün hər cür şəraitin yaradıldığı parkın xüsusi bir özəlliyi də var ki, bu da orada yerləşən Xocalı Soyqırımı abidəsidir”.

Vurğulandı ki, 4 noyabr 2016-cı il tarixində parkın açılışı ilə eyni gündə bu abidənin də açılışı olub: “Səfir və diplomatlar da daxil Azərbaycandan bri çox qonaq burada olub”.

Azərbaycanla turizm və mədəniyyət sahəsində əməkdaşlığın mövcud olduğunu deyən Turhan Veli Akyol bu əməkdaşlığın daha da genişləndirilməsinin arzuedilən olduğunu bildirdi: “Azərbaycanla mətbəx mədəniyyətinin təbiği istiqamətində də əməkdaşlığımız var. Azərbaycan aşpazları Denizlidə keçirilən festival və tədbirlərdə iştirak edirlər. Bizi də Azərbaycana dəvət ediblər. İnşallah imkan tapan kimi gedəcəyik. Lakin düşünürük ki, Azərbaycanla əlaqələri daha da genişləndirməli və dərinləşdirməliyik”.

Müsahibimiz BAYRAQDAR MEDİA-nın yaratdığı imkanlardan istifadə edərək azərbaycanlı turistləri Denizliyə səfər etməyə səslədi: “Azərbaycanlı turistlər, əslində, biz onlara turist demərik, azərbaycanlı qardaşlarımız deyirik, mütləq bura, Denizliyə səfər etməlidirlər. Çünki buradakı yemək nümunələrindən, coğrafi, tarixi, təbiət və ekoloji gözəlliklərdən, sağlıq turizmdən yararlana, türkün şanlı taixinin bir hissəsi olan bu ərazilərdə maraqlı bilgilər əldə edə bilərlər. Tekstil alış-verişi üçün də Denizli münbit yerdir. Bundan başqa Denizliyə səfər etməklə ilin müxtəllif mövsümlərinə uyğun keçirilən festivallar və digər mədəni-kütləvi tədbirlərdə də iştirak edə bilərlər. Onu da qeyd edim ki, Denizli turizmlə bağlı başqa bir əhəmiyyət də kəsb edir. Məsələ burasındadır ki, Denizlidə qalmaq, ev tutmaq, otel kirayələmək ətraf yerlər Aydın, Muğla, Antalyaya nisbətən dahaq ucuzdur. Yəni azərbaycanlı bacı-qardaşlaırmız Denizliyə gəlib burda daha ucuz yer tuta, həm buranın, həm də ətraf şəhərləərin turizm imkanlrından yararana bilərlər. Bir sözlə, hər hansı bir turistin tapmaq istədiyi hər şey burada var. Denizli gəz-gəz bitməz, anlat-analat tükınməz bir şəhərdir”.

Qeyd edək ki, Turhan Veli Akyolun BAYRAQDAR MEDİA-ya geniş müsahibəsini tezliklə təqdim edəcəyik.

Mission News Theme by Compete Themes.