Press "Enter" to skip to content

Azərbaycan insanı bizim kimi istiqanlı, dostcanlı, qonaqpərvərdir

AK Parti Denizli millət vəkili Cahit Özkan (solda) və Nadir Azəri

Cahit Özkan: Yaxın dostum və əziz qardaşım Əli Hüseynli ilə birlikdə Mingəçevirdə, Şuşada olmuşuq

BAYRAQDAR MEDİA – “Azərbaycan bizim üçün can qardaşımız deməkdir. Bir millət iki dövlət, xoş gündə də, dar gündə də bərabərlik, birlik içərisndə olmaq deməkdir. Birizmin hansısa bir sıxıntımzı varsa digərimizin dərhal yardıma qaçaraq ona yardım etməsi deməkdir. Gözəlliklər varsa o gözəllikləri paylaşmaq deməkdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında AK Parti Denizli millət vəkili, TBMM-nin Konstitusiya Komissiyasının üzvü Cahit Özkan deyib.
O, qeyd edib ki, bundan sonra da Türkiyə-Azərbaycan qardaşlığı daha böyük zirvələr fəth edəcəkdir: “Regional və qlobal baxımından iki qardaş ölkə mühüm addımlar atmaqda davam edəcək”.

C.Özkan Denizli ilə Azərbyacanın bölgələrinin əlaqələrinin dərinləşməsinin vacib olduğunu bildirib: “Denizlinin avtomobil nömrə nişanı 20-dir. Azərbaycanda da Gəncənin avtomobil nömrə nişanı 20-dir. Ona görə də mən Gəncəyə bir başqa yaxımnlıq hiss edirəm. Amma eyni zamanda Azərbaycanda Bakı da daxil bir çox şəhərləri çox yaxşı tanıyıram. Azərbaycanda çox şəhər və rayonlarda olmuşam. Məsələn mənim yaxın dostum və əziz qardaşım Əli Hüseynli ilə birlikdə biz Mingəçevirdə, Şuşada olmuşuq. Burada yaranmış fürsətdən istifadə edib BAYRAQDAR MEDİA vasitəsilə Əli Hüseynliyə Denizlidən salam deyirəm. Biz Mingəçevirdə oranın gözəl dadlı balığının da dadına baxmışıq. Orada Mingəçevir Su Elektirk Stansiyasını görmüşəm. Ümumiyyətlə, Azərbaycan insanı bizim kimi istiqanlı, dostcanlı, qonaqpərvərdir. Mən orada olduğum yerlərdə bunun canlı şahidi olmuşam”.

Mission News Theme by Compete Themes.