Press "Enter" to skip to content

Efiopiya xarici işlər nazirinin müavini “ASAN xidmət”də

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – İyulun 6-da Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda səfərdə olan Efiopiya xarici işlər nazirinin müavini Mesqanu Arqa Moaçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYARQDAR MEDİA-ya iyulun 7-də “ASAN xidmət”dən daxil olub.

Xəbərdə deyilir ki, “qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət, Azərbaycanda tətbiq olunan sosial innovasiyalar barədə ətraflı məlumat verilib. Efiopiyanın xarici işlər nazirinin müavini “ASAN xidmət” konseptinin onda yüksək təəssürat yaratdığını və bu modelin öz ölkəsində tətbiqində maraqlı olduğunu bildirib”.

Görüş zamanı qonaqlar “ASAN xidmət” mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD” publik hüquqi şəxslə də tanış olublar.

Mission News Theme by Compete Themes.