Press "Enter" to skip to content

Belə bir qərarın qəbulu tamamilə normaldır

Cavid Aydın

Son yeniləmə: 19 İyul 2023 11:56

Cavid Aydın: Bu qərarın tələbələrə, yaxud yeni tədris ilində tələbə olacaqlara heç bir aidiyyatı yoxdur

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, Türkiyənn Miqrasiya İdarəsi Müdirliyi, sıxlığı azaltmaq üçün əcnəbilərin sayının Türkiyə vətəndaşlarının sayı ilə müqayisədə 20 faizi keçdiyi 1169 məhəllədə ilkin yaşayış icazələrinin verilməsinin dayandırıldığını açqlayıb. Bu qadağa İstanbulun 54 məhəlləsi üzrə də tətbiq edilib.

Türkiyədəki əcnəbilərin sayı açıqlanıb

Bu xəbər Türkiyədə müvəqqəti yaşayan soydaşlarımız, o cümlədən orada təhsil alan, yaxud da almaq istəyən gənclər tərəfindən birmənalı qarşılanmayıb.

Öz növbəsində, məsələ ilə bağlı BAYRAQDAR MEDİA-ya açıqlama verən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib ki, bu qərarın tələbələrə, yaxud yeni tədris ilində tələbə olacaqlara heç bir aidiyyatı yoxdur: “İlkin yaşayış icazələri (oturum izni) ancaq turistlərə, həmçinin, qaçqınlara və siyasi mühacirlərə verilir. Bəlli olduğu kimi İstanbulda müəyyən məhəllələr, ümumilikdə isə Türkiyə üzrə1169 məhəllədə bu icazənin verilməsi dayandırılıb. Çünki həmin məhəllələrdə əcnəbilərin sayı Türkiyə vətəndaşlarının sayı ilə müqayisədə 20 faizi keçib”.

C.Aydın əlavə edib ki, bunu əcnəbilərə qarşı atılan addım kimi də dəyərləndirmək olmaz: “Bu, sadəcə olaraq Türkiyənin şəhərlərədki əcnəbi sayının bəlli həddi keçməsini önləmək üçündür. Yəni, atılan addım, verilən qərar tamamilə başadüşülən və normaldır”.

Mission News Theme by Compete Themes.