Press "Enter" to skip to content

“Poetikon” adlı tədbir keçiriləcək

Poetikon

BAYRAQDAR MEDİA – Avqustun 4-ü saat 19:00-da ARTIM Layihə Məkanında cari “Müqəssir zövq” qrup sərgisi çərçivəsində “Poetikon” adlı tədbir keçiriləcək.

Bu haqda sözügedən Məkanın yaydığı xəbərdə qeyd olunur.

Xəbərdə deyilir ki, “maraqlı təcrübə vəd edən tədbirdə, müstəqil şairlərin ən ifadəli və düşündürücü şeirləri səslənəcək. Tədbir zamanı tamaşaçılar da şeirlər haqqında öz fikirlərini və şərhlərini bölüşə biləcəklər və müəlliflərlə əsərlərin mahiyyətinə dair müzakirə aparacaqlar”.

Qeyd edək ki, tədbirdə rejissor Tərlan Rəsulov, moderator isə Xanım Ednadır.

Mission News Theme by Compete Themes.