Press "Enter" to skip to content

İran səfiri Azərbaycanın iç işlərinə müdaxilə edir…

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – “Azad İran” Telegram kanalı “Fars News”a istinadla xəbər verir ki, İranın İrəvandakı yeni səfiri Mehdi Sübhani Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşərək bölgədəki təhlükəsizlik vəziyyəti və “Laçın dəhlizi” ilə bağlı danışıqlar aparıb.

Məlumata görə, tərəflər “Laçın dəhlizinin bağlanması” nəticəsində “Qarabağda Ermənistan üçün yaranmış əlverişsiz şərait”i müzakirə ediblər.

Səfir “Qarabağ bölgəsinin Ermənistan üçün strateji əhəmiyyətini bir daha vurğulayıb”. O, bölgədə təhlükəsizliyin təmin olunmasında Rusiya sülhməramlılarının cavabdehlik daşıdığını deyib.

Öz növbəsində Armen Qriqoryan da Mehdi Sübhanini İranın Ermənistana yeni səfiri təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Göründüyü kimi, İran adlı ölkənin İrəvandakı səfiri yenə də həddini aşaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ və Laçın yoluyla bağlı yolverilməz ifadələr işlədir…

Mission News Theme by Compete Themes.