Press "Enter" to skip to content

Keçmiş prezident yenə öz ampluasında

Mehmet Ali Talat

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) ikinci prezidenti Mehmet Ali Talat yenə öz ampluasındadır. Hakimiyyətdə olduğu müddətdə daha çox Qərbin maraqlarına uyğun siyasəti ilə fərqlənən M.A.Talat yenidən Türkiyəni hədəfə alıb.

Yeni Düzen xəbər verir ki, “Astra 92.8” radiosuna verdiyi müsahibədə o, iki dövlətli həll məsələsinin Crans Montana danışıqlarının iflasa uğramasından sonra gündəmə gəldiyini deyib.

Keçmiş prezident Türkiyənin iki dövlətli həll modelindən çəkinməsi üçün çalışmağın lazım olduğunu bildirib. M.A.Talat Kıbrısın rum kəsimində keçiriləck seçkilərdə federal həll modelini dəstəkləyən birinin seçilməsini arzu etdiyini dilə gətirib.

Mission News Theme by Compete Themes.