Press "Enter" to skip to content

Kitab tanıtma: “Bir də gəlməyəcək…”

Bir də gəlməyəcək…

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də Mətbuat Şurasının sədri, Əməkdar jurnalist, yazıçı, şair Rəşad Məcidin “Bir də gəlməyəcək…” kitabıdır.

Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər toplanıb. Əsasən sevgi şeirlərinin yer aldığı kitabda müəllif maraqlı bir janrla oxucularının görüşünə gəlir. O, şeirləri illər üzrə qruplaşdıraraq onları hekayə, roman, dastan olaraq təqdim edir. Hər hekayənin, romanın, dastanın da janrın tələblərinə uyğun süjeti, kompozisiyası var. Hər üç əsərin qəhrəmanı isə şair özüdür. Hər üçündə qəhrəman yola çıxır… Sevgi yoluna. Bu yolda soyuq da var, isti də, işıq da var, qaranlıq da, xoşbəxtlik də var, bədbəxtlik də… Şair başına gələnləri səmimi, sadə, həm də son dərəcə poetik şəkildə oxucusuna nəql edir.

Kitabda şairin ilk gənclik illərində yazdığı digər mövzularda şeirləri də yer alıb. Bu əsərlər müəllifi tam, hərtərəfli görməyə, xarakteri bütöv anlamağa kömək edir.

Qeyd edək ki, nəşrdə “Bütün yönləri ilə yaradıcı”, “Tanrının bəxşişi”, “Yenə də bahar qayıdır”, “Martın biri”, “Babalarım torpaq olub”, “Mən əlini buraxmazdım” başlıqlarında yazılar verilib.

Mission News Theme by Compete Themes.