BAYRAQDAR MEDİA – Özbəkistan türk dünyası ölkələri arasında zəngin tarixi irsi, memarlığı və mədəniyyəti ilə turistlərin diqqət mərkəzində olmaqda davam edir. Özbəkistan Statistika İnstitutu 2023-cü ilin ilk 6 ayında Özbəkistana 3 milyondan çox turistin gəldiyini açıqlayıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, qurum 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gələn turistlərin sayının artdığını qeyd edib.
2022-ci ilin ilk 6 ayında ölkəyə gələn turistlərin sayının 1 milyon 500 min nəfər olduğu öyrənilib. Digər tərəfdən, Özbəkistana gələn turistlərin ölkələr üzrə sıralaması paylaşılıb. Buna görə, Tacikistandan 958 min, Qırğızıstandan 786 min, Qazaxıstandan 764 min, Rusiyadan 345 min, Türkiyədən 48,3 min, Türkmənistandan 29 min, Hindistan 16,7 min, Cənubi Koreyadan 15,9 min, Çindən 13,3 min və Almaniyadan 11,7 min turist gəlib”.









