Press "Enter" to skip to content

Prezident Xalq artistini “İstiqlal” ordeni ilə təltif edib

Prezident ordeni Xalq artistinə təqdim edir

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevi “İstiqlal” ordeni ilə təltif edib.

Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Xəbərdə bildirilir ki, “Prezident əvvəlcə Xalq artisti ilə söhbət edərək onu ilk növbədə 75 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, yeni uğurlar arzulayıb. Söhbət zamanı Prezident R.Balayevin fəaliyyətinin çox məhsuldar olduğunu, onlarla filmdə çəkilib Azərbaycanın kino sənətinə çox böyük töhfə verdiyini deyib. Dövlət başçısı Xalq artistinin, həmçinin Azərbaycanın ictimai həyatında da çox fəal və ölkənin ümumi inkişafına dəstəkçi olduğunu bildirib”.

R.Balayev də öz növbəsində dövlət başçısına təşəkkür edib, onun apardığı daxili və xarici siyasəti dəstəklədiyini deyib. Həmçinin Azərbaycanın 44 gün davam edən II Qarabağ müharibəsində əldə etdiyi Qələbədən danışıb. Bu Qələbənin Prezidentin adı ilə bağlı olduğunu vurğulayıb.

Daha sonra dövlət başçısı “İstiqlal” ordenini Rasim Balayevə təqdim edib.

Mission News Theme by Compete Themes.