BAYRAQDAR MEDİA – Qırğızıstanda bu il də “Silk Road Mountain Race” beynəlxalq velosiped turniri təşkil olunacaq. Artıq müvafiq qurmlar yarışlara hazırlığı tamamlayıblar.
Kırım Haber Ajansının məlumatına görə, Qırğızıstanın Turizm Nazirliyi ölkədə 12-26 avqust 2023-cü il tarixləri arasında “Silk Road Mountin Race 2023” yarışına ev sahibliyi edəcəyini açıqlayıb: “Nazirlikdən verilən məlumata görə, yarış çərçivəsində keçirilən veloyürüş avqustun 12-də Karakol şəhərində başlayacaq və Çuy rayonu marşrutu ilə davam edəcək. Yarış avqustun 26-da Çolpon-Ata şəhərində başa çatacaq”.
Yarışda dünyanın bir çox ölkəsindən 200-dən çox velosipedçi iştirak edəcək. Marşrutun ümumi uzunluğu 1800 kilometr olacaq ki, bunun da 30 min 640 metri qalxacaq.





