Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə hərbi iş birliyi genişləndirilir – VİDEO

Rəsmi törən

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Metin Gürak Azərbaycanda səfərdədir.

İlham Əliyev qardaş ölkə hərbi rəsmisini qəbul edib

Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya daxil olan xəbərə görə, yüksək qonağın şərəfinə Azərbaycan Ordusunun Baş Qərargahında təntənəli qarşılama mərasimi olub.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı ilə görüşüb.

Tərəflər iki ölkənin hərbi qurumları arasındakı iş birliyi məsələləri haqqında fikir mübadiləsi aparıb.

“Səmimi görüşə görə təşəkkürünü bildirən ordu generalı Metin Gürak Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ilk olaraq Azərbaycana rəsmi səfərindən məmnunluğunu bildirib. Ordu generalı M.Gürak Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə cari ildə və 2024-cü ildə keçirilməsi planlaşdırılan birgə tədbirlərin əhəmiyyətini qeyd edib”, – deyə xəbərdə bildirilir.

O da bildirilir ki, “görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticələri müzakirə olunub, bu fəaliyyətlərin daha intensiv şəkildə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar”.

Mission News Theme by Compete Themes.