Press "Enter" to skip to content

Tələbə yeməklərinin qiyməti bir daha artıb

Pamukkale Universiteti

Son yeniləmə: 22 Sentyabr 2023 15:38

BAYRAQDAR MEDİA – Türkiyənin Denizli şəhərindəki Pamukkale Universitetində tələbələr üçün yeməklərin qiyməti 2 aylıq fasilədən sonra yenidən artıb.

Xəbəri denizli24haber.com saytı yayıb.

Məlumata görə, iyulda tələbələrin yemək haqqını 50 faiz artıran universitet, sentyabrda 25 faiz artırıb: “İyul ayında 8 lirə olan yemək ödənişi, birinci artımla 12 lirəyə, ikinci artımal isə 15 lirəyə qalxdı”.

Universitetdə yeni tədris dövrü oktyabrın 2-də başlayacaq.

Mission News Theme by Compete Themes.