BAYRAQDAR MEDİA – Türkiyənin Diyanet İşləri Başqanlığının nümayəndə heyəti Bosniya və Herseqovinada rəsmi təmaslar çərçivəsində Beynəlxalq Sarayevo Universitetində (İUS) olub.
Bu barədə Balkan News məlumat yayıb.
Bildirilib ki, “Diyanet İşləri başqanı Ali Erbaşın rəhbərlik etdiyi nümayəndə heyəti universitetin kollektivi, təhsil sahələri və qurumun imkanları ilə tanış olub. Səfər çərçivəsində A.Erbaş rektor Ahmet Yıldırımla görüşüb.
Görüşdə Türkiyənin Bosniya və Herseqovinadakı səfiri Sadik Babur Girgin və Diyanət Xidmətləri Attaşesi Mustafa Güvenç də iştirak edib.





