Press "Enter" to skip to content

Dünya Uyğur Qurultayından HƏMAS terroruna qarşı bəyanat

Dünya Uyğur Qurultayı

BAYRAQDAR MEDİA – Qırmızı Çinin işğalı altındakı Doğu Türküstan – Uyğur Elinin (Çin o bölgəyə “sintzsyan” deyir) yurd dışındakı ortaq səsi olan Dünya Uyğur Qurultayı HƏMAS terror təşkilatının İsrailə hücumunu qınayan bəyanatla çıxış edib.

Qurumdan BAYRAQDAR MEDİA-ya daxil olan xəbərə görə, Qurultay oktyabrın 9-də bununla bağlı açıqlama yayıb.

Bəyanatda deyilir ki, “DUQ HƏMAS-ın mülki İsrail vətəndaşlarına qarşı dəhşətli hücumlarını kəskin şəkildə qınayır və münaqişənin daha da dərinləşə biləcəyindən və yeni insan itkilərindən narahatdır. Biz terror və savaşdan əziyyət çəkən hər kəslə həmrəyik, buna məruz qalan hər kəs üçün dualar edirik”.

DUQ eyni zamanda beynəlxalq ictimaiyyəti mülki şəxslərin qorunması üçün təcili hərəkətə keçməyə və Yaxın Şərqdə ədalətli, həm də dayanıqlı sülhün təmini üçün effektiv mexanizmlər tətbiq etməyə çağırır.

Mission News Theme by Compete Themes.