Press "Enter" to skip to content

Nihat Zeybekcidən Osman Zolana ziyarət

Nihat Zeybekci (solda) və Osman Zolan

BAYRAQDAR MEDİA – Türkiyənin hakim AK Partinın 4-cü Fövqəladə Böyük Qurultayında partiya sədrinin iqtisadiyyatdan məsul müavini seçilən keçmiş İqtisadiyyat naziri Nihat Zeybekci Denizli Böyükşəhər Bələdiyyə başçısı Osman Zolanı ziyarət edib.

Bələdiyyədən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, O. Zolan AK Parti sədr müavini N.Zeybekcinin səfərindən məmnunluğunu ifadə edərək, ona yeni vəzifəsində uğurlar arzulayıb: “Yeni vəzifəniz sizə, şəhərimizə, ölkəmizə və partiyamıza xeyir-dua gətirsin. Bu günə kimi şəhərimizdə bələdiyyə sədri, ölkəmizdə isə müavin, nazir kimi bir çox sahələrdə xidmət göstərmiş, bir çox gözəlliklər nümayiş etdirmisiniz. Əminik ki, siz bu vəzifəni layiqincə və ən yüksək səviyyədə yerinə yetirəcəksiniz. Allah sizi sağlam və əmin-amanlıq yolu ilə qorusun, uğurlar arzulayıram”.

Nihat Zeybekci isə O.Zolanı uğurlu fəaliyyətinə görə təbrik edib. O, indiyə qədər aldıqları rütbə və vəzifələrin millətə xidmət yolunda olduğunu bildirib: “Allah nəsib etdi, Cümhurbaşqanımızın icazəsi ilə birinci vəzifəmiz bələdiyyə sədri, sonra deputat, sonra nazirlik, indi də yenə də Cümhurbaşqanımızın əmr və icazələri ilə sədr müavini və iqtisadi işlər üzrə idarə rəisi vəzifəsini icra edirik”.

Mission News Theme by Compete Themes.