BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin Sərəncamı ilə Əşrəf Şıxəliyev Azərbaycanın Hindistan, eyni zamanda, Şri-Lanka, Maldiv, Nepal, Banqladeş və Butanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Xəbəri oktyabrın 10-da Prezidentin mətbuat xidməti yayıb.
Daha bir Sərəncamla Elçin Hüseynli Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Növbəti Sərəncam isə Azərbaycanın Efiopiyada səfirinin təyin edilməsi ilə bağlı olub. Bu vəzifəyə Ruslan Nəsibov layiq görülüb.





