BAYRAQDAR MEDİA – “2023-cü ilin yanvar-sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 milyard manatdan çox olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz və ya 462,4 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 2,4 milyard manat təşkil edib”.
Əmək və Əhalinin Sosial Nüdafiəsi Nazirliyindən BAYRAQAR MEDİA-ya oktyabırn 10-da verilın məlumatda belə deyilir.
Bildirilir ki, “işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz artıb və 132,8 milyon manat olub. Öz növbəsində qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da 15,1 faiz artaraq 98,2 milyon manata çatıb”.
Məlumata görə, icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artıb və 683 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17 faiz artaraq 480,9 milyon manat təşkil edib.





