Press "Enter" to skip to content

İranda “Traktor Təbriz” rüzgarı

"Traktor Təbriz"

Son yeniləmə: 6 Noyabr 2023 10:55

BAYRAQDAR MEDİA – Güney Azərbaycan türklərini İranda təmsil edən “Traktör Təbriz” futbol komandası liqanın 9-cu həftəsində də uğur qazanıb.

Kirim Haber Ajansının mılumatına görə, Güney Azərbaycan təmsilçisi Mazandaran bölgəsinin Nassaci komandası ilə üz-üzə gəlib. Təbrizdə keçirilən görüşdə “Traktor Təbriz” rəqibini 3:0 hesabı ilə məğlub edib.

Məlumata əsasən, qələbədən sonra “Traktör Təbriz” xallarının sayını 15-ə yüksəldib və liqada üçüncü pillədə qərarlaşıb.

Güney Azərbaycan türklərinin təmsilçisi “Traktor Təbriz”in növbəti rəqibi Tehran şəhərinin “İstiqlal” komandası olacaq.

Mission News Theme by Compete Themes.