Press "Enter" to skip to content

Yeniyetmələr arasında beynəlxalq təhsil turniri keçiriləcək

"Təhsil" Turniri

BAYRAQDAR MEDİA – Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq təhsil turniri başlayacaq.

Bu haqda ETN-nin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, ”Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan 500-ə yaxın idmançı mübarizə aparacaq. 7 gün davam edəcək turnir 11 dekabrda yekunlaşacaq”.

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd məktəblilər arasında güləş idman növünə marağın artırılması, kütləviliyin təmin edilməsi, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də bu idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsidir.

Mission News Theme by Compete Themes.