Press "Enter" to skip to content

“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

İstənilən VÖEN-ə sahib şəxs, sadəcə şəxsiyyət vəsiqəsi ilə, xidmət mərkəzlərindən birinə yaxınlaşaraq “Nar” korporativ nömrəsi əldə edə bilər

Son yeniləmə: 7 Dekabr 2023 13:45

BAYRAQDAR MEDİA – Müştərilərin asanlıqla korporativ təkliflərdən yararlanmağı üçün artıq Bakı və bölgələrdə yerləşən “Nar” Satış Xidmət Mərkəzləri də fərdi sahibkarlar üçün korporativ nömrələr təqdim edəcək. İstənilən VÖEN-ə sahib şəxs, sadəcə şəxsiyyət vəsiqəsi ilə, xidmət mərkəzlərindən birinə yaxınlaşaraq “Nar” korporativ nömrəsi əldə edə bilər.

“Nar” Satış və Xidmət Mərkəzlərində, fərdi sahibkarlarla yanaşı, dövlət qurumlarının əməkdaşları da korporativ təkliflərdən yararlanmaq imkanı əldə edirlər. Müraciət edən şəxs əməkdaş vəsiqəsini də təqdim edərək 3 korporativ nömrə əldə edə bilər.

Nar.az/corporate səhifəsinə keçid edərək “Nar”ın korporativ təklifləri haqqında ətraflı məlumatəldə edə və həmçinin “Nar”ın korporativ satış şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.

Mission News Theme by Compete Themes.