Press "Enter" to skip to content

Ceyhun Bayramov Tanya Fayon ilə görüşüb

Görüş zamanı

BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirləri görüşü çərçivəsində Sloveniyanın xarici işlər və Avropa naziri Tanya Fayon ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında siyasi dialoqun təmin edilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulanıb: “Nazir həmkarını regionda mövcud vəziyyət, postmünaqişə dövründəki reallıqlar, Azərbaycan tərəfindən cari ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıb. Nazir Azərbaycan və Ermənistan arasında sülh üçün real şərait yarandığını vurğulayıb.

Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.