BAYRAQDAR MEDİA – Eskişehirdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.
Məlumata görə, tədbir Anadolu Universiteti və Heydər Əliyev Uygulama və Araştırma Mərkəzinin ev sahibliyində, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Eskişehir Azərbaycanlılar Dərnəyinin birgə əməkdaşlığıyla reallaşıb.

Bildirilib ki, tədbirədən öncə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin səd müavini Valeh Hacıyev Anadolu Universitetinin rektoru Prof. Dr. Fuad Erdalla görüşüb: “Görüşdə Anadolu Universitetinə Azərbaycanla bağlı məsələlərdə Eskişehir Azərbaycanlılar Dərnəyinə göstərmiş olduqları dəstək və əməkdaşlığa görə təşəkkür edilib”.

Daha sonra tədbir başlayıb. Məlumatda deyilir ki, “öncə Ümummilli Lider Heydər Əliyev və Qazi Mustafa Kemal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin dövlət himnləri oxunub. Sonra çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr vəkili Pərviz Məmmədzadə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. O, tədbirin təşkili üçün Anadolu Universitetinin və Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbərliyini təşəkkür edib. Mərasimdə çıxış edən Anadolu Universitetinin rektoru Prof. Dr. Fuad Erdal iki millətin qardaşlığından bəhs edib. Rektor bu qardaşlıq və əməkdaşlığın daha güclənməsndə böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu vurğulayıb”.
Məlumata görə, mərasimdə çıxış edən Valeh Hacıyev deyib ki, Qarabağın işğalına son qoyulması Ümummilli Lider Heydər Əliyevin arzusu və tapşırığı idi.
O, Azərbaycanın müasir dövrdə atdığı addımlardan da geniş bəhs edib.
Daha sonra Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və diaspor quruculuğu haqqında videofilm nümayiş etdirilib.

Programın sonunda Bilkent Universiteti müəllimi Prof. Dr. Emirullah Məmmədov və Anadolu Universiteti Heydər Əliyev Uygulama və Araştırma Mərkəzinin müdürü Prof. Dr. Burhan Sayılır Ümummilli Lider Heydər Əliyev haqqında geniş məruzələrlə çıxış ediblər.





