Tədbirdə Niger Regional kraliçası Dr Gülgün Qırğız Uwakve də iştirak edib
BAYRAQDAR MEDİA – Türk dünyasının əfsanəvi şəxsiyyətlərindən biri olan Çingiz Aytmatovun anadan olmasının növbəti ildönümü münasibətilə İzmirdə tədbir keçirilib. BEKA Platforması tərəfindən təşkil edilən proqramda Çingiz Aytmatovun bacısı oğlu Dastan Əhmədov, Niger Regional Kraliçası Gülgün Qırğız Uwakwenin və İzmir Şəhər Şurasının sədri Nilay Kökkılınç da iştirka edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya BEKA Platformasından məlumat verilib.
Bildirilib ki, “İzmir Şəhər Şurasının İclas Salonunda keçiirlən tədbiri giriş sözü ilə açan BEKA Platformasının və Eskişehir Türk Dünyası Platformasının qurucusu, Turan Dünyası Dərnəyinin sədri Oral Büyüksarının çıxışından sonra Çingiz Aytmatovun həyatından bəhs edən video nümayiş etdirilib. Niger Regional Kraliçası Dr Gülgün Qırğız Uwakve atasının Qırğızıstandan Türkiyəyə necə gəldiyini izah etdi. O, Manisanın bəzi rayonlarının əmisinin adını daşıdığını, bəzi qohumlarının isə Eskişehirdən olduğunu xatırladıb. O, belə bir hadisəyə görə BEKA platformasını təbrik edib. O, Nigeriya ilə Türkiyə arasında hər zaman dəstək verməyə hazır olduğunu bildirib”.
Tədbirin təşkilatçılarından olan İzmir Krım Dərnəyinin yerli xalq rəqsləri kollektivi möhtəşəm şou göstərib: “Görüşdə Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, Qırğızıstan və Türkiyədən olan tələbələr, BEKA Platformasının üzvləri və Ç.Aytmatovun pərəstişkarları iştirak ediblər. Ege Universitetinin tələbəsi, Ç.Aytmatovun qardaşı oğlu Dastan Əhmədov görkəmli yazıçının həyatından, keçdiyi çətin dövrlərdən danışıb”.
Tədbirə yekun vuran dünyada ilk dəfə Aytmatov adına muzeyin yaradacısı, buna görə mükafat alan Oral Büyüksarı yazıçının əsərlərində verilməsi nəzərdə tutulan mesajları dilə gətirib. O, “Gənclər arasından Aytmatov kimi alimlərin, yazıçıların, mütəfəkkirlərin yetişməsini gözləyirik” deyib.