Press "Enter" to skip to content

“Qarabağ” tarix yazmaqda davam edir

"Qarabağ" ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb

Son yeniləmə: 15 Dekabr 2023 08:41

BAYRAQDAR MEDİA – Dekabrın 14-də “Qarabağ” futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Sözügedən tarixdə “Qarabağ” H qrupundakı altıncı oyununda Bakıda İsveçin “Hekken” komandasını qəbul edib. BAYRAQDAR MEDİA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ouunda hesab erkən qolla açılıb. “Qarabağ”ın heyətində Leandro Andrade birinci dəqiqədə komandasını önə keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş dördüncü dəqiqədə isə Yassin Benzia ikinci topu qonaqların qapısından keçirib.

İkinci hissədə, 90+4-cü dəqiqədə Bədavi Hüseynov topu başla öz qapısına göndərərək fərqin azalmasına səbəb olub. Ancaq qələbə hesabını qoruyan “Qarabağ” Azərbaycan futbolunda yeni tarix yazıb. Xallarını 10-a çatdıran komanda ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb. Pley-off mərhələsində “Qarabağ” Çempionlar Liqasında öz qrupunu üçüncü pillədə başa vuran komandalardan biri ilə qarşılaşacaq.

Mission News Theme by Compete Themes.