Press "Enter" to skip to content

Azərbaycanlı alimin uğuru

Ruhəngiz Əliyeva

Son yeniləmə: 26 Dekabr 2023 12:25

BAYRAQDAR MEDİA – Bir sıra elmi uğurlar qazananan pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyeva 2023-cü ili daha bir uğurla başa vurur.

Ruhəngiz Əliyevanın elmi məqaləsi qardaş Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin “BilimTimes” jurnalında beynəlxalq indekslə yayımlanıb
Ruhəngiz Əliyevanın elmi məqaləsi qardaş Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin “BilimTimes” jurnalında beynəlxalq indekslə yayımlanıb

BAYRAQDAR MEDİA xəbər verir ki, R.Əliyevanın elmi məqaləsi qardaş Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin “BilimTimes” jurnalında beynəlxalq indekslə yayımlanıb. Onu da qeyd edək ki, “Azərbaycanlı alim” siması olaraq Ruhəngiz xanım jurnalın üzü seçilib.

"Azərbaycanlı alim" siması olaraq Ruhəngiz xanım jurnalın üzü seçilib
“Azərbaycanlı alim” siması olaraq Ruhəngiz xanım jurnalın üzü seçilib

Məlumat üçün bildirək ki, Ruhəngiz Əliyeva “Zəngəzur Azərbaycanın qədim torpağıdır” adlı kitabən layihə rəhbəri və müəllifidir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə ithaf edilən kitab Almaniyada Verlag “STELLA” Deutschland nəşriyyatında, beynəlxalq qriflə ingilis dilində çap olunub.

Hər yazılan dəyərli kitab bizi Zəngəzura bir az da yaxınlaşdırır

Mission News Theme by Compete Themes.