Press "Enter" to skip to content

Gilanda “Traktor” oyunçularına hücum

"Traktor Təbriz"

Son yeniləmə: 27 Dekabr 2023 18:43

BAYRAQDAR MEDİA – Güney Azərbaycan türklərini İranda təmsil edən “Traktör Təbriz” futbol komandasına təzyiqlər davam edir.

2023-cü il dekabrın 25-də Gilan vilayətinin təmsilçisi “Melavan”la oyun zamanı Təbriz traktoru hücuma məruz qalıb.

Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “qarşılaşma zamanı “Melavan” komandasının azarkeşləri Güney Azərbaycan türklərinin təmsilçisi “Traktör Təbriz”in futbolçularını təhqir ediblər. “Melavan” azarkeşləri “Traktor Təbriz”in futbolçularına yad əşyalar atıblar. Ənzəli şəhərində gərgin mübarizə şəraitində keçən qarşılaşma 0:0 hesabı ilə başa çatıb”.

Mission News Theme by Compete Themes.