Press "Enter" to skip to content

“Nar”Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşı oldu

Son yeniləmə: 27 Dekabr 2023 11:52

BAYRAQDAR MEDİA – “Nar” ölkədə voleybolun inkişafına və təbliğinə mühüm töhfə məqsədi ilə Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi tərəfdaşı oldu. Əməkdaşlıq çərçivəsində mobil operator qadınlar və kişilər arasında yerli çempionatın keçirilməsinə dəstək göstərəcək.

“Nar”ın dəstəyi ilə 2023-2024-cü ilin voleybol mövsümü artıq start götürüb. Voleybol həvəskarlarına ölkə çempionatının oyunları izləmək və dəstək olmaq üçün giriş sərbəstdir. “Nar” Azərbaycan Voleybol Çempionatında öz komandasını təmsil edən bütün voleybolçularımıza uğurlar arzu edir.

Voleybol idman növünü yerli və beynəlxalq səviyyədə təbliğ etmək məqsədi ilə “Nar” 2017-ci ildə qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı kimi çıxış edib.

Korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq “Nar” ölkədə sağlam həyat tərzini təbliğ edərək gənclər arasında voleybol daxil olmaqla, müxtəlif idman növlərinə marağın artmasını dəstəkləyir.

Mission News Theme by Compete Themes.