Press "Enter" to skip to content

40 min metrə yaxın fiber-optik kabel xətləri çəkilib

Fiber-optik kabel xətləri

Son yeniləmə: 16 Yanvar 2024 16:29

BAYRAQDAR MEDİA – “2023-cü ildə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada dövlət və özəl qurumlara, kənd xidmət mərkəzlərinə və təhsil müəssisələrinə, ümumilikdə, 40 min metrə yaxın müxtəlif lifli fiber-optik kabel xətləri çəkilib”.

Nazirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, həmçinin, istismar müddətində fiber-optik xətlərdə yaranmış nasazlıqlar nazirliyin mütəxəssisləri tərəfindən operativ olaraq aradan qaldırılıb.

Mission News Theme by Compete Themes.