Press "Enter" to skip to content

 “CityNet” indi “Nar” mağazalarında

“Nar” indi öz mağazalarında “CityNet” internet provayderinin xidmətlərini də təqdim edir

Son yeniləmə: 2 Fevral 2024 12:44

BAYRAQDAR MEDİA – Abunəçilərinin hər zaman rahatlığını təmin edən “Nar” indi öz mağazalarında “CityNet” internet provayderinin xidmətlərini də təqdim edir. Bu əməkdaşlıq çərçivəsində, “Nar”ın Elmlər Akademiyası (H.Cavid pr., 48) və Memar Əcəmi (Hüseynbala Əliyev 4) mağazalarına yaxınlaşaraq “CityNet” xidmətləri haqqında məlumat almaq və abunə olmaq mümkündür.

Bu barədə məlumatda qeyd edilib ki, müxtəlif xidmətləri vahid mərkəzdən təqdim etməklə əlçatanlıq strategiyasına əsaslanan “Nar” mağazalarında yüksək müştəri xidməti ilə sərfəli təkliflərdən yararlanmaq imkanı verir.

Qeyd edək ki, “CityNet” 17.99 AZN-dən başlayan qiymətlərlə yüksəksürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV xidmətləri təqdim edən internet provayderidir. “CityNet” xidmətləri haqqında daha ətraflı buradan tanış ola bilərsiniz.

Mission News Theme by Compete Themes.