Press "Enter" to skip to content

Eskişehirdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd edilib

Tədbir zamanı

BAYRAQDAR MEDIA – Türkiyənin Eskişehir şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib. Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə ke,iril’n tədbir Məhəmməd Əmin Rəsulzadə və Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

Eskişehir Azərbaycanlılar Dərnəyi adından jurnalist Aynur İmrana təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib
Eskişehir Azərbaycanlılar Dərnəyi adından jurnalist Aynur İmrana təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib

M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin izlənməsindən sonra jurnalist Aynur İmran “Rəsulzadənin türk dünyası üçün əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

“Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarının müəllifinin gənc yaşlarından etibarən Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən ətraflı bəhs edilib, təkcə siyasətçi deyil, həm də dəyərli mütəfəkkir olduğu, əsərlərinin Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutduğu vurğulanıb.

Eskişehir Azərbaycanlılar Dərnəyi adından jurnalist Aynur İmrana təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.

Mission News Theme by Compete Themes.