Press "Enter" to skip to content

Prezidentin xarici ölkələrə etdiyi səfərlərin siyahısı Vikipediyada

Xəyalə Məmmədli

BAYRAQDAR MEDİA – Vikipediyada “İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlərin siyahısı” adlı məqalə yaradılıb.

Məqaləni AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli yaradıb. Məqalə haqqında X.Məmmədli BAYRAQDAR MEDİA-ya məlumat verib: “Bildiyimiz kimi, 2023-cü ilin dekabrında Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi”, “Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi”, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamlar imzalayıb. Bu istiqamətdə fəaliyyət, həmçinin 7 fevral Prezident seçkiləri ilə əlaqədar olaraq “İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlərin siyahısı” adlı məqalənin işlənməsinə zərurət yaratdı. Bu məqalə İlham Əliyevin prezidentliyi dövründə etdiyi beynəlxalq rəsmi və iş səfərlərinin siyahısından ibarətdir. Məqaləni yaradarkən bir neçə materialı araşdırdım, amma əsasən Prezidentin İşlər İdarəsinin kitabxanasındakı mənbələrə istinad etdim. Çünki İlham Əliyevin prezident olduğu gündən bugünədək olan ən səhih materiallar orada idi”.

X.Məmmədli bildirib ki, siyahı yenilənəcək, Prezident hər dəfə xarici ölkələrə səfər etdikcə o, həmin səfərləri siyahıya əlavə edəcək.

Mission News Theme by Compete Themes.